Əli Abbasov, Mətləb Əlizadə, Etibar Seyidzadə, Mahilə Salmanova. “İnformatika və Kompüterləşmənin Əsasları”
“MSV NƏŞR”, Bakı-2006, 880 səh.
Kitabda informasiya haqqında,fərdi kompürterlər, onların tərkib hissləri və iş prinsipi, əməliyyat sistemləri, proqram təminatları,kompüter şəbəkələri, internet, viruslar və antivirus proqramları haqqında geniş məlumat verilmişdir.
Ə.Əroğlu. “Azərbaycanda Erməni-Daşnak Terrorunun Xronologiyası”
“Təknur”, Bakı-2009, 200 səh.
Kitabda erməni-daşnak faşizminin son bir əsrdə Azərbaycan türklərinə qarşı yürütdükləri soyqırımı və etnik təmizləmə siyasətinin teror şiddətindən, onun amansızlığından bəhs edən, sırası minləri aşan konkret faktlar öz əksini tapır.
Ç.İsmayılov. “Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası.
“Ayna Mətbu Evi”, Bakı-2009,128 səh.
Bu kitabda Xəzər Dənizinin yaranması tarixi, təbii şəraiti, ekoloji vəziyyətinin mühafizəsindən, dövlətlər arası anlaşmaların vacibliyindən bəhs edir.
Nazilə Mustafazadə.”Klassiklərimiz Müasirlərimiz”
“Qapp-Poliqraf” Bakı-2003, 400 səh.
Bu kitab görkəmli Azərbaycan klassiklərinin, həmçinin müasir elm, sənət, iş adamlarımızın həyat və fəaliyyətindən bəhs edən ensiklopedik topludur.
Ç.Aytmatov.Seçilmiş əsərləri.
“Şərq-Qərb”, Bakı-2009, 760 səh.
Bu kitab zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir.Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir.Ç.Aytmatov üçün ədəbiyyatda yeganə “böyük mövzu”-insan mövzusu var.
Joze Saramaqo. Seçilmiş əsərləri.
“Şərq-Qərb” Bakı-2010, 800 səh.
Haynrix Böll.Seçilmiş əsərləri.
“Şərq-Qərb”, Bakı-2009, 600 səh.”
Bu kitabda XX əsr dünya ədəbiyyatının görkəmli simalarından biri, nobel mükafatı laureatı Haynrix Böllün Azərbaycan oxucularına artıq tanış olan
“O illərin çörəyi” povest ilə yanaşı,alman dilindən tərcümə olunmuş “Bir təlxəyin düşüncələri” romanı və heykayələri təqdim olunur.
A.Bakıxanov “Gülastani-İrəm”
“Xatun Plyus” Bakı-2010, 300 səh.
“Qarabağ:Ermənistan və Azərbaycan sülh və savaş yollarında”
“İlay MMC”Bakı-2008.344 səh.
Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin kökləri, son müharibə zamanı Qarabağda və ümumilikdə regionda baş verən olaylar, danışıqlar və vasitəçilik prosesi bitərəf müşahidəçi prizmasından araşdırılır.
“O,Şərqin Yerdə Doğan Günəşi İdi”- Vəfa Mahmudova“Vektor” Beynəlxalq elm mərkəzi.-Bakı, 2004.- 62 s.
Azərbaycanın böyük oğlu, ümummilli liderimiz Əliyev Heydər Əlirza oğlu haqqında tarixi-publisistik əsər.
“HEYDƏR ƏLİYEV ADINA BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİ”M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəşriyyatı.-Bakı, 2009.-238 s.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunur.
“HƏQİQƏT OLDUĞU KİMİ”- Teyyub Qurban.“Adiloğlu”nəşriyyatı. –Bakı, 2008.- 108 s.
Kitabda ilk dəfə olaraq Mikayıl Rəfilinin fəaliyyəti indiyədək oxuculara məlum olmayan arxiv materialları əsasında göstərilir, XX əsri böyük mütəfəkkiri və pedaqoqlarından biri olmuş elm dühasına həyatının çətin məqamlarında Mir Cəfər Bağırovun köməkliyindən danışılır.
“Azərbaycanda Qadın Məsələsi”Azərbaycan nəşriyyatı.- Bakı, 2006 .- 272 s.
Bu kitab “Addım” İslahatlara Dəstək İctimai Birliyinin dəstəyi ilə çap olunmuşdur. Kitabın tərtibində “Gender və İnsan Hüququ”Araşdırma Birliyinin üzvləri də iştirak etmişdir.
“Azərbaycan Kitabxanaları XXI Əsrin İnformasiya Məkanında” M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəşriyyatı.-Bakı, 2010.-372 s.
Azərbaycanda ilk dəfə olaraq hazırlanan və nəşr olunan bu məlumat kitabı bütün mədəniyyət işçiləri üçün fayadalı olacaq və onlar üçün gərəkli məlumat mənbəyinə çevriləcəkdir.
“Azərbaycan Respublikasının Ekologiya Qanunvericiliyi”Qanun nəşriyyatı .- Bakı, 2006.- 884 s. II cilddən ibarətdir
Kitab Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, icra hakimiyyəti orqanları, hüquq mühafizə orqanları, bələdiyyə işçiləri, hüquq və ekologiya fakultələrinin tələbələri, eləcədə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
“Bizim nəşrlər”.Aspoliqraf LTD nəşriyyatı.- Bakı, 2011.- 136 s.
Kitabxana işçiləri, habelə mədəniyyət tarixi və Ulu öndərin həyat və fəaliyyəti ilə məşğul olan tədqiqatçılar, eləcə də mədəniyyət və kitabxanaçılıq təhsili müəssisələrinin tələbələri və professor-müəllim heyəti üçün nəzərdə tutulmuşdur.
“Meşə Quruluşu”- Zakir İbrahimov.Çinar-Çap nəşriyyatı.- Bakı, 2006.- 144 s.
Dərs vəsaitində meşə quruluşunun məqsədi və vəzifələri açıqlanaraq tərtib olunan meşə quruluşu sənədləri barədə ətraflı məlumat verilir.Plan- kartoqrafik materialların tərtib olunma xüsusiyyətləri və meşə massivlərinin inventarlaşdırılması üsulları göstərilmişdir.
“Azərbaycan Respublikası Regionlarının Sosial – İqtisadi İnkişafı” M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəşriyyatı.-Bakı, 2009.- 345 s.
Bu kitab Azərbaycan Respublikası Regionlarının Sosial – İqtisadi İnkişafından, yeniliklərindən bəhs edir.