18 noyabr 1954-cü ildə Nərimanov rayonunda A.Şaiq adına uşaq kitabxanası yaradılmışdır.Kitabxana F.X.Xoyski 120/23 ünvanında yerləşir.Kitabxanada dörd şöbə fəaliyyət göstərirdi.
Azərbaycan Respublikası Prezdentinin 06 oktyabr 2008-ci il tarixli 3072 saylı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”haqqında Sərəncamının Tədbirlər planının 2.1.5. bəndinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2011-ci il 24 yanvar tarixli 40 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə verilən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Mərkəzləşdirilmiş kitabxana sisteminin yaradılması haqqında”27 yanvar 2011-ci il tarixli 4 saylı əmrinə əsasən,Nərimanov rayon A.Şaiq adına uşaq kitabxanası,Nərimanov rayon Mərkəzi Kitabxana adlandırılmışdır.
Mərkəzi Kitabxananın tərkibində beş şöbə,1 və 2 saylı filialı fəaliyyət göstərir və rəhbərlik Mərkəzi Kitabxana tərəfindən aparılır.Nərimanov rayon Mərkəzi Kitabxananın fondu 78.512 nüsxə kitabdan ibarətdir. bunlardan,21.340 nüsxə Azərbaycan dilində,9.923 nüsxə latın qrafikası,11.417 nüsxə kiril qrafikası,57.172-si rus dilindədir.
Kitabxanamız saat 10-00-dan 19-00 dək fəaliyyət göstərir.