Kitabxanaya üzv olmaq üçün səxsiyyət vəsiqəsi tələb olunur. Məktəblilər doğum haqqında şəhadətnamə ilə kitabxanaya üzv ola bilər.
Arzu edənlər kitabxananın xidmətindən istifadə edə bilər.
Oxu zalına söndürülməmiş mobil telefonla daxil olmaq olmaz.
İstifadə üçün alınmış ədəbiyyatı cırmaq və korlamaq qadağandır.
Kataloq və kartotekalardan səliqə ilə istifadə olunmalıdır. Kataloq kartoçkalarını cırmaq, çıxarmaq və qutuları kataloq yeşiklərindən kənara aparmaq olmaz.