Ana Səhifə Elektron Kataloq Elektron Kitabxana Milli Kitabxanadan elektron sənəd sifarişi Filiallar Kitabxana haqqında
Əlaqə
“Əsirlərin yadigarı – Ana dilim” (Fotosessiya)

21 fevral 2012 - ci il saat 12:00 - da Nərimanov rayon MKS- in 2 saylı filialında Beynəlxalq Ana dili gününə həsr olunmuş “Əsirlərin yadigarı – Ana dilim” adlı tədbir keçirildi. Tədbirdə kitabxananın fəal ooxucuları və işçi kollektivi çıxış etdi. Həmçinin məktəb şagirdləri Paşayeva Aytac və Paşayeva Aysel dil haqqında hazırladıqları məruzələri ilə tədbirdə çıxış etdilər.

Daha sonra fəal oxucular Mustafayeva Pərvin, Namazəliyeva Gülşanə və Əlizadə Arzu dil haqqında yazılmış şer parçalarını səsləndirərək tədbiri davam etdirdilər. Məruzənin məzmunu : Ulu öndərimiz Heydər Əliyev demişdir “Dilimiz zəngindir, çox ahəngdar dildir dilimizin söz ehtiyyatı çox böyükdür. Şəxsən mən bu dili sevirəm.” 1999 – cu ilin noyabrında keçirilmiş YUNESKO – nun baş konfransının qərarı ilə 21 fevral Beynəlxalq Ana dili günü elan edilmişdir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir xalqın özünəməxsus dövlət atributları var. Müstəqil Azərbaycan Respublikasının atributları - himni, gerbi və bayrağıdır. Bunlarla yanaşı Xalqımızın öz dövlət dili - Azərbaycan dili var. Hər bir dili yaşadan inkişaf etdirən onun mənsub olduğu xalqdır, xalqın böyük övladlarıdır. Mübaliğəsiz demək olarki, XX yüzilliyin son 30 ili ərzində Azərbaycan dilinin inkişafı ümumişlək dilə, dövlət dilinə çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin yürütdüyü müdrik, uzaqgörən siyasəti ilə bağlı olmuşdur. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malikdir. Dilimizin bu günki inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyada ən qədim xalqdır. Dil hər bir xalqın varlığının təzahürü, onun milli sərvətidir. İnsanın təkamülündə ana dilinin rolu misilsizdir. Dünyanın müxtəlif yerlərində yaşayan xalqlar üçün dil faktoru millətin tarixi mədəniyyətinin və digər özünəməxsus xüsusiyyətlərinin vahid bir kompleks halında birlışdiyi unikal hadisə kimi səciyyələndirilir.

2003 – cü il yanvar ayının 2 – də Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət Dili haqqında ” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda Dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq göstərildi. Sənəd Azərbaycanda Dövlət dilinin qorunması və inkişafını təmin etməyə qadir çox mükəmməl hüquqi sistemin mövcud olduğunu bir daha təsdiqləyirdi. Əasası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün rəsmi yığıncaqlarda, məclislərdə ana dilimiz təntənə ilə səslənir. Azərbaycan dili tarixi ənənəsi olan kamil dillərdən biridir. İnsan kimliyini, soykökünü ilk növbədə dil vasitəsilə tapır və dərk edir. Bizim eşitdiyimiz və öyrəndiyimiz dil misilsiz xəzinədir. Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, zənginləşərək nüfuz qazanması naminə həyata keçirilən dövlət siyasəti uğurla davam etdirilir.

“Əsirlərin yadigarı – Ana dilim” (Fotosessiya)

“Əsirlərin yadigarı – Ana dilim” (Fotosessiya)[/c
[center]“Əsirlərin yadigarı – Ana dilim” (Fotosessiya)

“Əsirlərin yadigarı – Ana dilim” (Fotosessiya)

“Əsirlərin yadigarı – Ana dilim” (Fotosessiya)

“Əsirlərin yadigarı – Ana dilim” (Fotosessiya)

21-02-2012, 16:42    Çap et


BÖLMƏLƏR

Xəbərlər

Struktur

Yeni kitablar

Dövrü mətbuat

Tədbirlər

İstifadə qaydaları


TƏQVİM

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 


Arxiv

May 2012 (4)
Aprel 2012 (10)
Mart 2012 (2)
Fevral 2012 (9)
Yanvar 2012 (7)
Dekabr 2011 (14)


Son xəbərlər

“Bu ölümdür, həyat deyil” adlı tədbir keçirildi (Fotosessiya)
Mayın 18-də Zirə qəsəbə Mədəniyyət Mərkəzi Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Bu ...

C.Cabbarlının ev-muzeyində “Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirildi (Fotosessiya)
Mayın 18-də Cəfər Cabbarlının ev-muzeyində “Beynəlxalq Muzeylər Günü”nə həsr edilmiş tədbir keçirildi.

Xalq şairi Fikrət Qocanın iki kitabının təqdimatı keçiriləcək
Mayın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” və ...

Oxucu-rəssamların əl işlərindən ibarət rəsm sərgisi keçirildi (Fotosessiya)
Mayın 18 -də Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 28 may Respublika Gününə həsr ...

“Muzeylər milli sərvətimizdir” mövzusunda dəyirmi masa təşkil olundu (Fotosessiya)
May ayının 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 may - “Beynəlxalq muzeylər günü”nə həsr olunmuş ...

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...



Sorğu


Yaxşıdı
Əladır
Pisdir
Fərq eləmir




Linklər