02 fevral 2012-ci il saat 14:00-da Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında 2 fevral Gənclər gününə həsr olunmuş “Azərbaycanın bu günki gəncləri - sabahın parlaq gələcəyi” adlı tədbir keçirildi. Tədbirdə müxtəlif sahələrdə bacarıqlı olan gənclər dəvət olunmuşdu. Gələn qonaqlara Gənclər gününün keçirilmə tarixi barədə geniş məlumat verildi. İstedadlı gənclər gələn qonaqlara təqdim olundu və Onların hər biri məşğul olduqları peşə barəsində tədbir iştirakçılarına məlumat verdilər. Daha sonra tədbir qonaqların musiqi və rəqs ifaları ilə davam etdi.
Gənclik gözəllik, yeni sabahlara işıqlı bir yoldur. Bu yolun yolçuları hər zaman dayanmadan çətinlikləri dəf etməyə çalışır, əzmkarlıq göstərirlər. Gənclik – insan yaşının ən parlaq səhifəsidir. Gənclik ləkə götürməyən şəffaf bulağa bənzəyir.
2 fevral 1997 – ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I formu ilk dəfə 1996 – cı ilin bu günündə keçirilib. 1997 – cı ildən fevralın 2 – si ümummilli lider, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə bu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfəri və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişi 51 faizi isə qadınlardır.Azərbaycanda doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb. Son 5 ildə gənc analar tərəfindən dünyaya göz açmış körpələrin sayı 9 faiz artıb. 15 ildi qeyd etdiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər günü elan edilib.
Bildiyiniz kimi bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb.
Sərəncama görə, Prezident Administrasiyasına 10 gün müddətində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin hazırlanması üçün müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılması tapşırılıb. Proqramda gənclərin sosial-iqtisadi inkişafı üzrə müvafiq bəndlər - məşğulluq, gənc sahibkarların inkişafının dəstəklənməsi də öz əksini tapacaq. Yeni dövlət proqramının məqsədi gənclərin sosial rifahının yaxşılaşdırılması, Azərbaycan gənclərinin potensialının gücləndirilməsi və bu potensialdan dövlət quruculuğunun inkişafında istifadə olunmasına xidmət etməkdir. Bu proqram Azərbaycanda yürüdülən gənclər siyasətinin məntiqi davamı olacaq. Buna qədər Azərbaycanda gənclər siyasəti sahəsində 2005-2009-cu illəri əhatə edən proqram həyata keçirilib. Bu proqram çərçivəsində ölkədə gənclərin inkişafı ilə bağlı çoxsaylı layihələr reallaşdırılıb, cəmiyyətin müxtəlif sahələrində gənclərin fəal iştirakı üçün şərait yaradılıb.
Gənc Təyyarəçi
Gənc Dizayner
Gənc İdmançı
Gənc Videoçəkən
Gənc Rəssam
Gənc Musiqiçi